Uşaq baxçasında kütləvi zəhərlənmə

Gürcüstanda uşaq baxçasında zəhərlənmə hadisəsi baş verib. SİA xəbər veirr ki, Tsxaltubo bələdiyyəsinin Gequti kəndində yerləşən baxçada11 uşaq zəhərlənib.

Kutaisi şəhər xəstəxanasına yerləşdirən uşaqlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələlik bəlli deyil. Ancaq uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini aydınlaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə