Son əməliyyatlarda 10 terrorçu məhv edilib

Türkiyə İraqın şimalında əməliyyatları davam etdirir. SİA-nın verdiyi məlumata görə, əməliyyat barədə xəbər yayan Türkiyə Baş Qərargahı əməliyyat çərçivəsində 4 terrorçunun məhv edildiyini bilidirib.

Əməliyyat İraqın Qara rayonunda keçirilib.

Məlumata görə, bu gün səhər saatlarında Türkiyənin Ağrı vilayətində də əməliyyat keçirilib. Bu əməliyyat zamanı isə 6 terrorçunun məhv edildiyi bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə