İranda hərbi parad zamanı atışma - Ölənlər var (FOTO) VİDEO

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub. SİA-nın məlumatına görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, insident nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə