“Florens” qasırğası 43 can aldı

ABŞ-da “Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlərin 32 nəfəri Şimali Karolinadandır.

“Moody's Analytics” agentliyinin “The Wall Street Journal” nəşrində dərc etdiyi məlumata görə, “Florens” qasırğasının iqtisadi zərəri 50 milyardadək təşkil edir. Sığorta şirkətlərinin “Florens” zərəri üçün nağd ödənişinin 5 milyardadək olacağı gözlənilir.

Atlantik okeanında qasırğa mövsümü adətən iyunun 1-dən noyabrın 30-dək olur. Küləyin sürəti saniyədə 17,5 metrə çatırsa, bu atmosfer hadisəsi tropik fırtına kimi, saniyədə 33 metr və daha çox olursa, qasırğa kimi təsnif edilir və hər iki halda ona xüsusi ad verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə