Türk nazir: "Almaniya ilə yeni bir dövr başladı"

Bu gün Türkiyə və Almaniya hər məsələdə fərqli düşünmək durumunda deyil. Bu gün ortaq və razılaşdırdığımız sahələrlə bağlı səmərəli bir görüş keçirdik. Axar.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq Almaniyada həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

"Bölgəmiz çox kritik bir regiondur. Birgə baxış və strateji dünyagörüşü ilə yeni bir dövrün başladığını düşünürəm. İki ölkənin sosial yaxınlaşması yeni dövrdə daha güclü şəkildə irəli doğru gedəcək", - Albayraq vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə