Tramp Rusiya üzrə baş müşaviri Ermənistana səfir göndərir

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ermənistanda səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb. Bu barədə "RİA Novosti" xəbər yayıb.

Ağ Evin mətbuat xidmətinə istinadən yayılan məlumata görə, Treysi hazırda Dövlət Departamentinin Rusiya üzrə baş müşaviri vəzifəsində çalışır. O, həmçinin ABŞ səfirinin Moskva, Aşqabad və Astana üzrə müavinidir. Treysinin namizədliyinə ABŞ Senatında baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə