ABŞ-da silhalı insident baş verib ölənlər var

ABŞ-ın Merilend ştatında silhalı insident baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aberdin şəhəri ətrafında baş verən insident nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.

Harford dairəsinin şerifi Cefri Qeler bildirib ki, atışma nəticəsində yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb.

Məlumata əsasən, şübhəli şəxs aldığı yara nəticəsində ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə