Filippində sürüşmə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Filippinin Sebu vilayətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Nara şəhərində baş verib.

Bundan öncə 10 nəfərin öldüyü 8 nəfərin yaralandığı deyilirdi. İtkin düşən 64 nəfərin axtarışları ilə bağlı xilasedicilər işlərini davam etdirirlər.

"Ümid edirik ki, bu gün kənddə yaşayan insanların çoxunu xilas edə biləcəyik", - deyə hökumətin Nara şəhərindəki səlahiyyətli nümayəndəsi Harri Kobataj bildirib.

Məlumata görə, təcili yardım xidmətləri doqquz nəfərin həyatını xilas edib.

Qeyd edək ki, hadisəyə səbəb kimi güclü yağışların yağması göstərilir. Sürüşmə onlarla evi və insanlara ziyan vurub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə