KTMT-nin baş qərargah rəisi Dağlıq Qarabağ münaqişəsinə toxunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, Sidorov Ermənistanın müraciət etmədiyi üçün KTMT-nin hadisələrə müdaxilə etmədiyini bəyan edib.

Burada söhbət Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikdən gedir: “Ermənistan tərəfindən heç bir müraciət olmayıb. Buna görə də bu məsələ ilə bağlı KTMT-nin hərbi gücü tətbiq edilə bilməz. Ümid edirik ki, tərəflər bu məsələni sülh yolu ilə həll edəcəklər”.

KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov da hadisəyə münasibət bildirərək Ermənistanın KTMT-yə yox BMT-yə müraciət etdiyini vurğulayıb: “Hesab edirəm ki, bununla məsələ həll olunub”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...