Türkiyəli nazir: “45 gündə 366 terrorçu məhv edilib”

Türkiyənin terrorizmlə mübarizə əməliyyatları çərçivəsində son 45 gündə 366 terrorçu məhv edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qaziler Günü tədbirində açıqlayıb.

Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə içində və sərhəd xaricində geniş miqyaslı əməliyyatlar həyata keçirilib, böyük uğurlar əldə edilib: "Ordumuz FETÖ, PKK, KCK, PYD, YPG, İŞİD kimi terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir. Ən sonuncu terrorist qalana qədər mübarizə davam edəcək. Bu qətiyyətli mübarizənin nəticələri isə müsbətdir. Son 45 gün içərisində ölkədə və sərhəd xaricində aparılan əməliyyatlarda 366 terrorçu zərərsizləşdirilib. Bundan sonra da terror təşkilatı üzvlərinin yeri müəyyən ediləcək və bütünlüklə zərərsizləşdiriləcək. Ancaq bu nəticə ilə terrorla mübarizəmiz yekunlaşa bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə