İranın mərkəzində Kaşan-Nətənz magistral yolunda sərnişin avtobusunun yanacaq daşıyan yük maşını ilə toqquşması nəticəsində 21 nəfər ölüb, 25 nəfər də yaralanıb.

İsfahan polisinin verdiyi məlumata görə, 19 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya çatdırılarkən həlak olub. Sərnişin avtobusu Tehrandan Kirman əyalətinə gedirdi. Hadisəyə səbəb avtobusun sürət həddini aşması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə