Türkiyədə avtobusun aşması nəticəsində 7 nəfər həlak olub

Türkiyənin Afyonkarahisar-Antalya avtomagistralının 15-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, sərnişin avtobusunun yolun kənarındakı su kanalına aşması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Qeyd edək ki, avtobusun “Kamil köç” sərnişindaşıma şirkətinə məxsus olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə