Jerar Depardye Türkiyə vətəndaşlığı almaq istəyir

Fransız aktyoru Jerar Depardye Pxenyana səfəri zamanı Türkiyə vətəndaşlığı almaq niyyətində olduğunu bildirib. AZƏRTAC bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Fransalı aktyor Jerar Depardye sentyabrın 7-də Pxenyanda KXDR-in yaranmasının 70 illiyinə həsr olunan parad zamanı görünüb. O, oktyabr ayında Türkiyəyə gedərək bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək istədiyini deyib .

Xatırladaq ki, Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmişdi. Onun Əlcəzair pasportuna da malik olduğu bildirilir. Aktyor digər ölkələrin vətəndaşlığını almaq fikrinə Fransa hakimiyyət orqanları ilə vergidən yayınmaq mövzusunda münaqişədən sonra düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə