Filippində güclü qasırğa olub 25 nəfər həlak olub

Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Frensis Tolentino məlumat yayıb.

Daha əvvəl qasırğanın 12 nəfərin həyatına son qoyduğu bildirilirdi. Qeyd edilir ki, təbii hadisə zamanı daha 13 nəfər itkin düşüb.

Sentyabrın 15-də "Manqhut" qasırğasının ölkənin şimal-şərq sahillərinə çatdığı bildirilirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə