Suriyada 2 türk əsgərini öldürən terrorçular ələ keçirilib

Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatında 2 əsgəri qətlə yetirən terrorçular ələ keçirilib. AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilən 9 terrorçu Hatay şəhərinə gətirilib. İstintaqa təhvil verilən şəxslərin YPG/PKK terrorçu qruplaşmasına məxsus olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə