Qəzzada İsrail hərbçiləri ilə toqquşmada iki fələstinli ölüb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda iki fələstinli ölüb, onlarla adam yaralanıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Vəfaa Yəqi məlumat verib. Onun sözlərinə görə, ölənlərdən biri 14 yaşlı yeniyetmədir.

Qeyd edək ki, toqquşmaların martın sonundan keçirilən “geri dönüş marşı”nın davamı olduğu bildirilir. Həmin aksiyadan indiyədək 176 fələstinli İsrail hərbçilərilə toqquşmalarda ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...