İDDİA: Ərdoğan İsrailin sement bazarını çökdürür

Türkiyə İsrailin sement bazarını çökdürə bilər. Axar.az xəbər verir ki, sementə olan ehtiyacını qarşılamaq üçün Türkiyədən idxala başlayacaq İsrail tərəfi öz daxili bazarında narazılığa səbəb olub. Belə ki, yerli istehsalçılar İsrailin Əmək Nazirliyinin qarşısında toplanaraq etiraz ediblər. "Türkiyədən alınacaq sementin Türkiyə və Ərdoğandan başqa heç kimə faydası olmayacaq. Bundan minlərlə işçi - fəhlələr və ailələri təsirlənəcək", - aksiyaçılar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...