Suriya qaçqınlarının 250 min nəfəri ölkəsinə qayıdıb

Suriya qaçqınlarının 250 min nəfəri ölkəsinə qayıdıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetməsi Mərkəzinin rəhbəri Mixail Mizinsev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Suriyanı tərk edən vətəndaşları ölkəsinə qaytarmaq üçün həyata keçirilən kampaniya nəticəsində, ümumilikdə, bu günədək doğma yurd-yuvalarına 1 milyon 472 min 637 nəfər dönüb: "Onlardan 1 milyon 230 min 342 nəfəri məcburi köçkün, yəni ölkənin başqa bölgələrinə üz tutanlar, 242 min 295 nəfəri isə xarici ölkələrə pənah aparanlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə