Ukrayna ilə Rusiya arasında Azov münaqişəsi QARŞIDURMA

Mixail Şeremet: “Ukrayna tərəfi somalisayağı şəkildə rus balıqçılarını həbs edə bilməz”

“Ukrayna hakimiyyəti Azov dənizində təxribatlar törətməyə cəhd etməkdən yayınmalıdır, əks halda onların yeni hərbi gəmiləri Krım muzeyində sərgi obyektinə çevriləcək”. SİA xəbər verir ki, Rusiya Federasiyası dumasının Krım regionundan olan deputatı Mixail Şeremetin bu sözlərini Ria.Novosti xəbər agentliyi yayıb. Belə ki, daha öncə Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası Azov dənizində sahil mühafizə bölüklərinin raket silahları ilə müdafiəsinin gücləndirilməsini təmin edilməsi barədə qərar qəbul edib. Ukrayna silahlı qüvvələrinin general-polkovniki Sergey Popko isə öz növbəsində Azovyanı bölgələrdəki silahlı birləşmələrin sayının artırılması ilə bağlı bəyanat verib. Bununla yanaşı, Ukraynanın infrastruktur nazirinin müavini Yuri Lavernyuk deyib ki, Azov dənizinə daha iki zirehli tanker buraxılıb.

Bütün bunlara cavab olaraq, Mixail Şeremet deyib ki, Rusiyanın öz sərhədlərini qorumağa və istənilən təxribatların qarşısını almağa kifayət qədər gücü var: “Azov dənizi azad istifadə sularıdır, ona görə də bundan sonra Ukrayna tərəfi somalisayağı şəkildə rus balıqçılarını həbs edə bilməz. “Nord” gəmisinə etdikləri kimi, biz bir daha buna yol verməyəcəyik. Əgər Kiyev hakimiyyəti növbəti təxribat barədə düşünüblərsə, onda biz onları düşünməyə dəvət edirik. Əks halda, qeyri-müvafiq hərəkətlər baş verərsə, onların təriflədiyi zirehli katerləri həbs edilərək, Rusiyanın Sevastopoldakı limanına aparılacaq və biz, onları muzey eksponatları kimi sərgiləyəcəyik”.

Şeremetin sözlərinə görə, Kiyev hakimiyyəti qardaş dövlətindən düşmən düzəldərək, xəyal dünyasında yaşamaqdan əl çəkməlidir. “Biz inanırıq ki, zaman gələcək və onlar düşünüb, nəticə çıxaracaqlar”, Krımdan olan deputat bildirib.

Xatırladaq ki, bu ilin mart ayının 25-də Ukrayna sərhədçiləri Azov dənizində Krımın Rusiya bayrağı altında üzən “Nord” gəmisini 10 nəfər heyəti ilə birgə həbs etmişdi. Onların hamısı Rusiya vətəndaşı olublar. Lakin Kiyev həmin adamları Ukrayna vətəndaşı kimi hesab edir. Heyətin iki üzvü sonradan Belorus üzərindən Krıma geri dönməyi bacarıblar. 7 nəfər isə Minskdə reydən kənarlaşdırıblar. Gəminin kapitanına isə “müvəqqəti işğal olunmuş əraziyə daxil olma” ittihamı irəli sürülüb. Ukrayna qanunlarına görə, kapitanı 5 il həbs gözləyir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə