İraqın Şimalında qanlı TERROR AKSİYASI

Yaxın saatlarda İrqın Şimalında törədilmiş terror aksiyası nəticəsində beş nəfər ölüb, 32 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq, yaralanıb. SİA xəbər verir ki, bu barədə İraqın “Əl-Sumaria” televiziya kanalı məlumat yayıb. Yaralananlardan çoxunun ağır olduğu bildirilir.

Terror aksiyasının partlayıcı maddələrlə təchiz edilmiş avtomobil vasitəsi ilə reallaşdırıldığı deyilir. Hələlik, terror aksiyasını heç bir təşkilat öz üzərinə götürməyib. Yerli hüquq mühafizə orqanları aksiyanın “İslam Dövləti” terror təşkilatı tərəfindən törədilməsini ehtimal edirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə