Rusiya şirkətləri ABŞ-dakı neft-qaz hasilatı layihələrində iştirak edəcək?

ABŞ Rusiya şirkətlərinin Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirakında maraqlıdır. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ştatın Ankoric şəhərində keçirilən Rusiya-Amerika Sakit Okean Tərəfdaşlıq Təşkilatının 23-cü iclasında bildirilib.

İclasda həmçinin qeyd olunub, hazırda Rusiyanın "Saxalin-1" və Tyumen vilayətindəki neft emalı müəssisələri layihələrində iştirak edən şirkətlər Alyaskada da çalışa bilər. ABŞ-ın Alyaskada neft və qaz hasilatı üçün xüsusilə buzqıran gəmilərə ehtiyacı var, lakin sanksiyalara görə bu sahədə əməkdaşlığı genişləndirmək hələ ki mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə