Çeçenistanda özünü partladan yeniyetmə xəstəxanada ölüb

Rusiya Federasiyasının Çeçenistan Respublikasının Mesker-Yurt kəndində polislərə hücum zamanı özünü partladan yeniyetmə xəstəxanada ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. O, polislərə edilən hücumlar zamanı qruplaşmanın sağ qalmış yeganə üzvü olub, amma aldığı yaralar nəticəsində keçinib.

Çeçenistan lideri Ramzan Kadırovun bildirdiyinə görə, dünən bir qrup yeniyetmə Qurban bayramı ərəfəsində insanların əhvalını pozmaq üçün respublikada səs-küylü cinayətlər törətməyə cəhd göstərib. Hücum nəticəsində bir neçə polis yaralanıb. İlkin məlumatlara görə, hücum edənlər Şalinsk rayonundan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə