Fabrikdə yanğın nəticəsində azı 9 nəfər həlak olub Cənubi Koreyada

Cənubi Koreyanın İnçhon şəhərində elektron əşyaların yığılma fabrikində baş verən yanğın nəticəsində azı 9 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. SİA Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, fabrikin həlak olan əməkdaşlarının bəziləri yanğınsöndürənlər gələnə qədər xilas olmaq üçün dördüncü mərtəbədən yerə tullanarkən həyatlarını itiriblər.

Yanğının söndürülməsi üzrə əməliyyatlara onlarla yanğınsöndürmə maşını cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə