İndoneziyada zəlzələlər nəticəsində ölənlərin sayı 500 nəfəri keçib

İndoneziyanın Lombok adasında baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 506-ya çatıb. SİA-nın xəbərinə görə, bu barədə İndenoziyanın Milli Fəlakət İdarəsinin bəyanatında yer alıb.

"Lombok adasında baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 506 nəfərə çatıb",- deyə bəyanatda qeyd olunub.

Xidmətin mətbuat xidməti açıqlamasında qeyd edib ki, təbii fəlakət nəticəsində 431 min insan öz evini tərk etmək məcburiyyətində qalıb, zəlzələ nəticəsində 74 min ev dağılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə