Roma papası Xristiyan dünyasından kömək istəyib

Papa Fransis son dövrlərdə Katolik Kilsəsinin nüfuzuna xələl gətirən pedofiliya qalmaqalları ilə bağlı müraciət ünvanlayıb. Qaynarinfo.az xəbər verir ki, Papa Fransis "ölüm mədəniyyəti" adlandırdığı cinsi zorakılığa qarşı mübarizədə Xristian dünyasından kömək istəyib. Müraciət məktubunda bildirilir ki, uzun müddətdir azyaşlılara qarşı törədilən cinayətlər gizlənir və kilsə bu məsələdə uğursuz fəaliyyət göstərib, lakin qurbanların səsləri onları susdurmağa çalışan hər növ tədbirdən daha yüksəkdir.

Qeyd edək ki, son aylarda Avstraliya, Çili və ABŞ-da 300-dən çox din xadiminin uşaqlara qarşı törətdikləri cinsi zorakılıq faktları üzə çıxıb. Həmin din xadimləri arasında Katolik Kilsəsinin nüfuzlu şəxsləri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə