ŞOK: İraqda mindən çox insan içməli sudan zəhərlənib

İraqın Bəsrə əyalətində mindən çox insan içməli sudan zəhərlənib. "Report" "Al-Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin nümayəndəsi Ziyad Tarek məlumat verib.

Onun sözlərinə görə, suyun çirklənməsi səbəbindən bakteriyalardan zəhərlənmə halları əyalətin bir neçə rayonunda qeydə alınıb: "Zəhərlənən insanların sayı 1000 nəfəri keçib. Onların əksəriyyəti müalicə alır".

Bütün xəbərlər Facebook səhifəmizdə