“Taliban” atəşkəs təklifini qəbul etməyib

“Taliban” hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstan hökumətinin üç ay müddətinə atəşkəs barədə təklifini rədd edib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi bildirib. O, həmçinin Axundzadənin atəşkəslə razılaşmamaq və hökumətlə mübarizəni davam etdirmək niyyətində olduğunu deyib.

Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni avqustun 19-da “Taliban” hərəkatı ilə üç ay müddətinə müvəqqəti atəşkəs elan edib. Prezidentin sözlərinə görə, atəşkəs yalnız taliblər buna qarşılıqlı cavab verəcəyi təqdirdə tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə