Ərəfatda güclü yağış yağıb VİDEO

Həcc ziyarəti edən 2 milyon zəvvar Ərəfat dağında leysanla üzləşib. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, zəvvarlar Ərəfatda ziyarətlərini yerinə yetirərkən gözlənilməz təbiət hadisəsi ilə qarşılaşıblar. Şiddətli yağış səbəbindən ətrafda iri gölməçələr yaranıb. Leysanın ardından əsən güclü külək zəvvarlara çətin anlar yaşadıb. Çadırlarda yerləşən zəvvarların təhlükəsizliyi üçün elektrik enerjisinin verilişi dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə