Mövlud Çavuşoğlu ilə Çinli həmkarı arasında telefon danışığı olub

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. Görüşdə tərəflər Türkiyə-Çin əməkdaşlığını müzakirə edib.

Van ölkəsinin Türkiyənin milli təhlükəsizliyi, sabitliyi, iqtisadiyyatı və sosial inkişafını qorumaq üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib. Çavuşoğlu isə Türkiyənin Çinlə strateji dialoqu gücləndirməyə hazır olduğunu deyib: “Türkiyənin Çinlə qarşılıqlı mənafeyə söykənən əməkdaşlığını daha da dərinləşdirəcəyimizə ümid edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə