"İranda bəzi məmurlar ölkəni rüşvətxorluğa yoluxdurdular”

"İranda bəzi dövlət məmurlarının adı rüşvətxorluqda hallanır." Axar.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cihangiri uzun müddət ölkəsində gündəmdə olan rüşvətxorluq iddiaları barədə danışarkən deyib:

“Əgər dövlət qurumlarını rüşvətxorluğa cəlb edənlərə qarşı vaxtında mübarizə aparılsaydı, ölkədə qarışıqlıq bu qədər yayılmayacaq və xalq ümidsizliyə qapılmayacaqdı. Təəssüf ki, bunun qarşısı alınmadı və bəzi məmurlar ölkəni rüşvətxorluğa yoluxdurdular”,- Cihangiri söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə