Səudiyyə Suriyaya 100 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı Suriyanın İŞİD-dən təmizlənən şimal-şərq ərazilərinin və Rakka şəhərinin bərpası, eləcə də sabitliyin təmin olunması üçün 100 milyon dollar ayırıb. Bu ərazilər PKK terror təşkilatının Suriya qolu olan YPG-nin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır.

100 milyonluq yardımın bölgədə əkin, təhsil, yol çəkilişi, dağıntıların aradan qaldırılması və içməli su verilişinin bərpası kimi sahələrdə istifadə olunacağı bildirilir.

Bu, əlbəttə, Səudiyyə Ərəbistanının rəsmi açıqlamasıdır. Amma Türkiyə tərəfi bu "yardımın" ünvanını dəqiq göstərib və səudiyyəlilərə də imitasiya etməməyi, bölgədə vəziyyəti gərginləşdirməməyi məsləhət görüb. Bu arada Türkiyə mətbuatı ABŞ və Türkiyə arasında razılaşmaya əsasən YPG-nin Minbicdən çıxarılmasının həqiqət olmadığını isbatlayan fotolar yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə