Maryan Şaretsi Sloveniyanın yeni baş naziridir

Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin Baş naziri vəzifəsinə seçib. Solçuların dəstəyini qazanan siyasətçiyə 99 deputatdan 55-i səs verib.

40 yaşlı M.Şarets ən gənc Baş nazir kimi Sloveniya tarixinə düşüb.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib.

Beş partiyadan ibarət koalisiya yaradan M.Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə