Türkiyə qırıcıları Qəndili bombalayır! - SON DƏQİQƏ

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar bu dəqiqələrdə PKK terror təşkilatının Baş qərargahının yerləşdiyi Qəndil dağlarındakı hərbi obytektləri bombalayır. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin yaydığı açıqlamaya görə İraqın quzeyindəki Metina bölgəsində yerləşən PKK-nın sığınacaq və sursat anbarlarına da qəti zərbələr endirilib.

Türkiyə mediasının flash xəbər olaraq yaydığı məlumatlar əsasında xəbərimiz yenilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə