Diplomat: Filippin Rusiyadan hərbi gəmilər alacaq

Filippin Rusiyadan hərbi gəmilərin alınması imkanlarını nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə Filippinin Rusiyadakı səfiri Karlos Soretta açıqlama verib. K.Soretta bildirib ki, Filippin hökuməti Moskvanın təklif etdiyi şərtləri digər ölkələrlə müqayisə edir.

Səfir əlavə edib ki, Rusiya digər ölkələrdən fərqli olaraq silah və ya hərbi texnika satışı zamanı heç bir siyasi şərt irəli sürmür. Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya ilə Filippin arasında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişinə əsasən Rusiya bu ölkəyə qumbaraatanlar tədarük edib.

Bütün xəbərlər Facebook səhifəmizdə