İmran Xan Pakistanın yeni Baş naziri seçilib

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları cümə günü keçirilən səsvermənin nəticələrinə əsasən, “Təhrik-e-İnsaf (“Ədalət uğrunda hərəkat”) mərkəzçi partiyasının lideri İmran Xanı Pakistanın yeni Baş naziri seçiblər. SİA xəbər verir ki, GEO TV telekanalının yaydığı məlumata görə, 65 yaşlı İmran Xanı 176 deputat dəstəkləyib.

Onun əsas rəqibi – “Pakistan müsəlman liqası” partiyasının rəhbəri Şəbhaz Şərif 96 səs yığıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...