Türkiyə şirkətlərinin "iPhone" baykotu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra ölkənin iri şirkətləri "Apple" firmasından smartfon alışını dayandırıblar. SİA-nın Türkiyə mətbiatına istinadən verdiyi xəbərə görə bu istiqamətdə addımı Türkiyənin iri ticarət şirkətlərindən biri sayılan "Dogubank" atıb. Belə ki, şirkət təxminən 50 milyon dollar dəyərində "iPhone" sifarişindən imtina edib.

Məlumata görə, "Dogubank" tərəfindən sifariş edilən telefonların cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-dan elektron məhsul alışının boykot edilməsi Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq tətbiq edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə