Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Avqustun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, aktual və regional məsələlər müzakirə edilib.

Dövlət başçıları Fransa ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrağın fransalı həmkarı ilə yaxın müddətdə görüşməsi qərara alınıb.

Fransa Prezidenti Türkiyənin iqtisadi sabitliyinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezidentlər, həmçinin Suriyadakı vəziyyət barədə də müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə