Kabildə silahlılar ordunun hazırlıq mərkəzinə hücum edib

Naməlum silahlı şəxslərdən ibarət silahlı qrup Əfqanıstan ordusunun Kabildə yerləşən hazırlıq mərkəzinin binasına hücum edib. Həlak olanlar və yaralananlar barədə məlumat verilmir. TOLO News telekanalı xəbər verir ki, hücum yerli vaxtla saat 10:15 (Bakı vaxtı ilə 09:15) radələrində başlayıb. Hazırda həmin rayonda ağır döyüşlər gedir.

Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

Xatırladaq ki, avqustun 15-də Kabildə yerləşən özəl təhsil müəssisəsində partlayış nəticəsində azı 48 nəfər həlak olub, 67 nəfər isə yaralanıb. Partlayışın məşğələ vaxtı binanın içərisində intiharçı-terrorçu tərəfindən törədildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə