Pentaqon: "Türkiyə regional müttəfiqimizdir"

Türkiyə və ABŞ arasında son dövrlərdə yaşanan diplomatik problemlər hərbi münasibətlərə təsir göstərmir. Bu sözləri Pentaqonda keçirilən mətbuat konfransında çıxışı zamanı İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandirlərindən olan Feliks Qedni deyib.

“Türkiyə hərbi koalisiyaya, hərbi birliyə dəstək verən dəyərli bir NATO və regional müttəfiqimizdir. Strateji səviyyədə yaşananlar var, ancaq professional münasibətlərimizdə, əməliyyat-taktiki tədbirlərin gedişində bir dəyişiklik görmürük”, - Qedni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...