Yaponiyada istidən ölənlərin sayı 140 nəfəri ötüb

Yaponiyada havaların isti keçməsi nəticəsində cari ilin aprelin 30-dan indiyədək 144 nəfər ölüb, 70 min insan xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu rəqəmlər ölkənin yanğınsöndürmə və təcili yardım şöbəsinin birgə açıqladığı statistikada öz əksini tapıb. Avqust ayının 6-dan ötən bir həftə müddətində 6 nəfər ölüb, 7079 nəfər günvürma ilə bağlı hopitallaşdırılıb. İstivurmadan əziyyət çəkənlərin sayının artmasının səbəbi ölkədə isti hava şəraitinin uzun müddətli davam etməsidir. Havanın temperaturu 40 dərəcəni ötüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə