Rusiyalı siyasətçi: "Ərdoğandan Trampa qarşı sərt addımlar gözlənilir"

ABŞ-a qarşı Avropa Birliyindən daha qərarlı addımlar atıla bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı siyasətçi Aleksey Muxin deyib.

Trampın əslində seçki vədlərini yerinə yetirdiyini, ancaq bu strategiyanın ABŞ-ın beynəlxalq hüquq sahəsindən kənar addım olduğunu bildirən Muxin bütün bunların Dünya Ticarət Təşkilatının normalarına tamamilə zidd olduğunu söyləyib:

"ABŞ rəhbərliyi bu şəkildə davranaraq özünü təcrid etmə yolunda əmin addımlarla irəliləyir. Bunun mümkün nəticələrinə gəlincə, ABŞ böyük ehtimalla eyni zamanda bir neçə cəbhədə ticarət müharibəsini davam etdirmək məcburiyyətində qalacaq. Ərdoğan qətiyyətli şəxsiyyətə sahibdir. Bu səbəbdən gələcəkdə Türkiyə liderinin ABŞ-a qarşı AB-dən daha sərt və qətiyyətli addımlar atmasını gözləmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə