"Türkiyədəki iqtisadi vəziyyət Rusiya ilə birgə layihələrə təsir göstərməyəcək"

"Rusiya Türkiyəyə maliyyə yardımı göstərmək məsələsini hələlik nəzərdən keçirmir". "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, heç Türkiyə də Rusiyaya maliyyə yardımı üçün müraciət etməyib. D.Peskov həmçinin əlavə edib ki, Türkiyədəki iqtisadi vəziyyət Rusiya ilə birgə layihələrə təsir göstərməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə