Norveçli nazir məzuniyyətini İranda keçirdi, işindən getdi

Norveçin balıq təsərrüfatı naziri Per Sandberq əvvəlcədən hökumətə məlumat vermədən və təhlükəsizlik qaydalarını pozaraq məzuniyyətini İranda keçirdikdən sonra istefa verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni balıq təsərrüfatı naziri vəzifəsinə artıq Harald Tom Nesvik təyin edilib.

Yerli KİV P.Sandberqin bu ilin iyul ayında 28 yaşlı İran əsilli norveçli rəfiqəsi ilə çıxdığı məzuniyyət zamanı İranda olduğunu yazıb. Amma o, İrana getdikdən iki gün sonra səfəri barədə nazirliyə və hökumətə məlumat verib. Nazirliyin məlumatına görə, qurum başçısı məzuniyyətini Türkiyədə keçirmək niyyətində olub.

Onun yol verdiyi daha bir xəta isə təhlükəsizlik qaydalarını pozması olub. Belə ki, P.Sandberq səfər zamanı iş mobil telefonunu özü ilə aparıb. Hazırda cihaz yoxlanlması üçün Dövlət Təhlükəsizliyi Polisinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə