ABŞ-da irqçilik yenidən alovlanıb

Vaşinqtonda ağdərili millətçilərin nümayişi uğursuz keçib

Şarlottsvildə 32 yaşlı Hezer Heyerin ölümü ilə nəticələnmiş ağdərili millətçilərin marşının ildönümündə Ağ Ev yaxınlığındakı Lafayet parkına “Unite the Right 2” təşkilatından cəmi bir qrup ağdərili millətçi toplaşıb. SİA xəbər verir ki, etiraz aksiyasına millətçilərdən sayca çox olan rəqibləri də gəlib. Ağdərili millətçilər aksiyasının təşkilatçısı Ceyson Kessler bildirib ki, qrup 100-400 arasında iştirakçı olacağını gözləyirdi. Aksiyanın keçirildiyi yerə irqçiliyə qarşı nümayiş əleyhinə olan iştirakçılar daha çox gəlib. Hər iki aksiyanın iştirakçıları Ağ Evə tərəf polis tərəfindən bölünən paralel dəstə ilə hərəkət edib.

Aksiya ərəfəsində Prezident Donald Tramp irqçiləri pisləyib və amerikalıları birliyə səsləyib. ABŞ Prezidentinin qızı İvanka Tramp da öz “Twitter” səhifəsində ağ irqə üstünlük verənləri və neonasistləri qınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə