“Qalatasaray”ın vitse-prezidenti: "Allah Trampa lənət eləsin"

ABŞ-da bir adam var. Allah ona lənət eləsin. Bizi məhv etdi. Trampı nəzərdə tuturam. “Allahın cəzası” bizi məhv etdi. Artıq təyyarə endirdim zarafatı yoxdur. Nə təyyarə endirə bilərik, nə də qaldıra bilərik. Çünki bir gündə borcumuz 25 faiz artdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qalatasaray” İdman Klubunun vitse-prezidenti Əbdülrəhim Albayrak deyib. O, bildirib ki, valyutadəyişmə məntəqələrində baş verən proseslər səbəbindən transfer siyasətləri çətinə düşüb. Albayrak deyib ki, indiki şərtlər daxilində bütün klublar daha çox oyunçu satmağa cəhd edəcək:

“Asanlıqla sata bilmirik. Zamanında çox böyük pullar verilib. Satmaq istəyəndə klublar bu pulun qarşılığını ödəmir. Belə olduqda oyunçunu əldən çıxara bilmirsən. İnşallah, bütün klublar bu sıxıntıdan çıxar”.

Bütün xəbərlər Facebook səhifəmizdə