"Sanksiyalar Türkiyəyə turis axınına təsir etməyəcək"

"Türk lirəsinin dollar qarşısında dəyər itirməsi Türkiyəyə turis axınına təsir etməyəcək, ancaq rublun dəyər itirəcəyi halda turist sayında azalma olacaq." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksey Kaşirski bildirib.

"Lirənin dəyər itkisi turist axınına təsir etməz, bundan yalnız Türkiyə şirkətləri qazanar. Otellər, nəqliyyat, tur şirkətləri qazanar. Çünki gəlirləri valyuta ilə, xərcləri isə lirə ilə olur", - Kaşirski qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə