Ev dustaqları üçün elektron bilərziklər Çexiyada

Çexiyada ixtisaslaşdırılmış elektron bilərziklərin sınaqdan keçirilməsi yaxın həftələr ərzində başa çatacaq. Xəbər verilir ki, bu bilərziklərlə ev dustaqlığına məhkum olunmuş şəxslərin cəza rejiminə nəzarət ediləcək.

Çexiya hakimlərinin sözügedən cəzanı gələcəkdə daha çox tətbiq edəcəkləri gözlənilir. Əslində, elektron bilərziklər sistemi 2006-cı ildən tətbiq edilməli idi. Ancaq bəzi səbəblərə görə bu proses dayandırıldı. Amma ləngimə layihənin icrasının ucuzlaşmasına gətirib çıxardı. Belə ki, dövlət sistem üçün 2 milyard kron yerinə bir neçə milyon kron ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə