Yunanıstan Rusiyadakı səfirini geri çağırıb

Yunanıstan Moskvadakı səfiri Andreas Friqanası Afinaya geri çağırıb. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə qərarı ölkənin xarici işlər naziri Nikos Koçias verib. Xəbərlə bağlı Rusiya XİN isə hələ ki heç bir şərh veməyib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişinə qadağa qoyub. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə