Venesuelada güclü sel nəticəsində 8 min insan zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ştatın qubernatoru Amasonas Miqel Rodriqes məlumat verib.

"Hazırda sel təhlükəsi ilə üz-üzə qalanlar yoxdur. Bütün vətəndaşlar xilas edilib. Ştatda 55 müvəqqəti sığınacaq yaradılıb", -deyə Podriqesin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin rəhbəri Nestor Reverolun sözlərinə görə, isə hadisə nəticəsində 1000 ailə zərər çəkib. O bildirib ki, ailələrə ərzaq və digər məhsulların çatdırılması üçün Amazon əyaləti vasitəsilə hava körpüsü quraşdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə