Türkiyə ordusu 39 terrorçunu zərərsizləşdirib

3-9 avqust tarixləri arasında Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK/KCK terror təşkilatlarına qarşı Şırnak, Siirt, Mardin və İraqın şimalında əməliyyatlar davam etdirilib. SİA-nın verdiyi məlumata görə, əməliyyatlar çərçivəsində ölkə daxilində 24, xaricdə isə 15 nəfər olmaqla, ümumilikdə 39 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan 4-ü təşkilatın sözdə lider heyətdən olduqları müəyyənləşib. Bundan başqa, terrorçulara aid 19 tüfəng, 3 tapança, 28 əl bombası, 7 rabitə cihazı, 158 kiloqram amonium nitrat müsadirə edilib, 12 əl istehsalı partlayıcılar məhv edilib.

Qeyd edək ki, əməliyyatlar zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4 hərbçi isə yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə